BAKI, 25 may. TELEQRAF
Dissident-rejissor Cəfər Pənahinin Kannda qalib gəlməsindən sonra Fransa səfirliyinin müşaviri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf ISNA-ya istinadən xəbər verir ki, İran Fransanın xarici işlər nazirinin C.Pənahi haqqında söylədiyi fikirlərə görə etiraz edib.
Xatırladaq ki, əslən İran azərbaycanlısı olan C.Pənahinin “Sadə bir qəza” filmi 78-ci Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb.
Rejissor filmi İranda qeyri-qanuni çəkib: hakimiyyətdən icazə almayıb.
O, 2023-cü ildə İran həbsxanasından çıxdıqdan sonra filmi Kannda şəxsən təqdim edib. Festivalın münsiflər heyətinin Pənahiyə ən yüksək mükafatı vermək qərarından sonra Fransanın xarici işlər naziri Jan-Noel Barro filmin “İran rejiminin zülmünə müqavimət kimi” yarandığını deyib.
İran Xarici İşlər Nazirliyi fransız nazirin sözlərini “alçaldıcı” və “əsassız” hesab edib.