BAKI, 17 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin Çinə doğru meyl edən vacib region olduğunu söyləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.

"Onlar (Yaxın Şərq ölkələri - red.) Çinin çox güclü təzyiqi altında idilər, çünki bu, Çinin yanacaq problemini həmişəlik həll edir. Bu, onların üstünlük verdiyi seçim deyildi, lakin onlar bu yolda idilər. Onlar Çinə doğru hərəkət edirdilər", - Tramp bildirib.

ABŞ prezidenti həmçinin Yaxın Şərqi böyük faydalı qazıntı ehtiyatına malik dünyanın enerji paytaxtı adlandırıb.