BAKI, 7 may. TELEQRAF

Pekin Vaşinqtonla ticarət danışıqlarına razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

"Çin qlobal gözləntiləri, milli maraqları, Amerika sənayesi və istehlakçılarının çağırışları fonunda ABŞ ilə əlaqə qurmaq qərarına gəlib", - departamentin açıqlamasında deyilir.

Bildirilir ki, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng İsveçrədə ABŞ-nin maliyyə naziri Skott Bessent ilə danışıqlar aparacaq.