BAKI, 26 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında paylaşım edib.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Qeyd edək ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampla da görüşü gözlənilir.