BAKI, 26 aprel. TELEQRAF

Rusiya Kiyevlə mümkün razılaşmalar üzrə danışıqların məzmununu ictimaiyyətə açıqlamır. Bu işlə əsasən Ukrayna başçısı Vladimir Zelenski məşğul olur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz nəzakətli insanlarıq, bəzi ölkələrdən fərqli olaraq, danışıqların məzmununu heç vaxt açıq şəkildə müzakirə etmirik. Əgər bu, ictimaiyyətə çıxarılarsa, artıq ciddi hesab olunmur”, – o qeyd edib.

Nazir əlavə edib ki, danışıqların məzmunu ilə bağlı daha ətraflı məlumat almaq istəyənlər Zelenskiyə müraciət edə bilərlər:

“O, istənilən KİV vasitəsilə danışmağa və hətta ABŞ Prezidenti Donald Trampa da öz tələblərini çatdırmağa hazırdır.”