BAKI, 18 aprel. TELEQRAF
Moskva, İran və ABŞ arasında nüvə sazişi ilə bağlı mümkün razılaşmalara dəstək verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bu, yalnız razılaşmalar hər iki tərəf üçün qəbulolunan olduqda və İranın qanuni maraqları nəzərə alındıqda mümkün olacaq. Biz, mövcud məlumatlara əsaslanaraq, İran və ABŞ arasında obyektiv və qarşılıqlı qəbul olunan razılaşmalara nail olmaq istəyini alqışlayırıq. Rusiya bu prosesə dəstək verməyə və İranın qanuni maraqlarını nəzərə alan razılaşmaları hərtərəfli dəstəkləməyə hazırdır”,- o qeyd edib.