
BAKI, 13 aprel. TELEQRAF
ABŞ ilə əlaqə saxlayan və tariflərlə bağlı danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hassett CNN telekanalına müsahibəsində məlumat verib.
“Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq", - o bildirib.
Hassett əlavə edib ki, ABŞ bu ölkələr üçün idxal rüsumlarını 10%-ə endirib.
Bundan əvvəl Amerika administrasiyasının nümayəndələri Vaşinqtonun təxminən 75 ölkə ilə danışıqlar apardığını bildirmişdilər.