BAKI, 11 aprel. TELEQRAF
"Cənubi Qafqazda daimi sülh üçün çalışırıq".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 11-də 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində deyib.
Həmçinin Türkiyə lideri Suriyaya dəstəyini də ifadə edib:
"İsrail Suriyadakı etnik azlıqlardan istifadə edib hökumətə qarşı çağırış edir. Suriyanın yeni çaxnaşmalar meydanına çevrilməsinə imkan verməyəcəyik. Onların ərazi bütövlüyünü dəstəkləyirik. Suriya xalqı müharibədən doyub. Soyuqqanlılığımızı, məsələləri dialoqla həll etmək metodumuzdan heç kim sui-istifadə etməsin. Biz xarici siyasətdə gizli planlarla hərəkət edən ölkə deyilik. Bütün bölgə xalqları üçün sülh istəyirik. Suriya məsələsi ilə bağlı ABŞ və Rusiya liderləri ilə dialoqdayıq".