BAKI, 9 aprel. TELEQRAF
ABŞ və Çin arasında ticarət müharibəsində Vaşinqtonun üstünlük qazanmaq ehtimalı çox aşağıdır.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin rəhbərliyindəki Pekin uzun illərdir bu qarşıdurmaya hazırlaşır və indi Donald Trampın rəhbərlik etdiyi ABŞ-dən üstün olacağına inanır.
ABŞ administrasiyası isə Çin iqtisadiyyatının davamlılığını və onun potensial cavab addımlarının Amerika istehlakçılarına necə təsir edəcəyini hələ də tam anlamır.
Telekanalın məlumatına görə, Trampın son addımları Amerikanı dünyada ona ticarət sahəsində rəqib ola biləcək yeganə dövlətlə - Çinlə birbaşa qarşıdurmaya sürükləyib. Bu isə artıq on ildən çoxdur davam edən gərgin münasibətlərin pik nöqtəsidir.
Qeyd olunub ki, bu böhran yalnız iki dövlətin münasibətlərində deyil, XXI əsrin ümumi siyasi və iqtisadi trayektoriyasına təsir edə biləcək dönüş nöqtəsi ola bilər.