BAKI, 24 aprel. TELEQRAF

Türkiyənin müdafiə naziri Yaşar Gülər PKK terror təşkilatının tərksilah olunması ilə bağlı açıqlama verib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir qarşı tərəfə bir neçə şərt irəli sürüb.

Y.Gülər bildirib: “Silahları təhvil verərək təslim olacaqlar. Əvvəl dediyimiz şərtlər keçərlidir. Silahları hara təhvil verəcəklərini deyəcəyik. Söylədiklərimizi edərlərsə, gəlsinlər”.