BAKI, 24 aprel. TELEQRAF
Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən tam təmizlənməsi yaxın vaxtlarda baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O deyib: "Antiterror əməliyyatı çərçivəsində Kursk vilayətindən yaraqlıların təmizlənməsi başa çatır. Hərbi komandanlığın hesablamalarına görə, yaxın vaxtlarda Kursk vilayətinin bütün ərazisi təmizlənəcək".
Şoyqu vurğulayıb ki, Rusiya ordusu qondarma Luqansk Xalq Respublikası (LXR) ərazisinin 99 faizindən çoxunu, həmçinin qondarma Donetsk Xalq Respublikasının (DXR), Zaporojya və Xerson vilayətlərinin təxminən 66 faizini azad edib. Onun sözlərinə görə, vəziyyət hər gün Rusiyanın xeyrinə dəyişir.