BAKI, 24 aprel. TELEQRAF
Azərbaycan Ukraynanın İrpen şəhərində Rusiya tərəfindən dağıdılmış klinikanı yenidən tikib.
Teleqraf xəbər verir ki, məlumatı Ukrayna Cəbhə Xətti (Ukraine Front Line) "X" hesabında yayıb.
Paylaşımda deyilir ki, Azərbaycan İrpendə Mərkəzi mədəniyyət evini, tamamilə dağılmış İrpen Uşaq-Gənclər İdman Məktəbini, incəsənət evlərini və doqquzmərtəbəli yaşayış binasını da bərpa etməyi planlaşdırır.