BAKI, 23 aprel. TELEQRAF

Moskvada "Afimoll Siti" ticarət mərkəzinin yeraltı dayanacağında avtomobil partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Moskva üzrə baş idarəsi məlumat yayıb.

Onların bildirdiyinə görə, Presnenskaya sahilində yerləşən inzibati binanın yeraltı dayanacağında avtomobil yanğını barədə FHN-ə məlumat daxil olub.

Hadisədən əvvəl avtomobildə partlayışa bənzər səs eşidilib.

Sözügedən bölgəyə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının ocağının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.