BAKI, 23 aprel. TELEQRAF
"Talibanın hakimiyyəti Əfqanıstanda artıq reallığa çevrilib və buna hörmətlə yanaşılmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya ABŞ-də saxlanılan Əfqanıstanın dövlət ehtiyatlarının bərpa edilməsini dəstəkləyirlər. O, bu addımın Əfqanıstandakı sosial və iqtisadi çətinliklərin həlli üçün vacib olduğunu və ölkənin xalqı üçün böyük əhəmiyyət daşıdığını bildirib.