BAKI, 23 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Böyük Britaniyada Ukrayna nümayəndə heyəti ilə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, görüş Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar çərçivəsində baş tutacaq.

Hazırda görüşlə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, əvvəlcə Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılmışdı. Lakin Böyük Britaniya hökuməti bu görüşün təxirə salındığını və onun əvəzinə danışıqların rəsmi nümayəndələr səviyyəsində keçiriləcəyini açıqlayıb.