BAKI, 23 aprel. TELEQRAF
İstanbulda baş verən zəlzələ zamanı zərər qeydə alınmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraoğlu bildirib.
“İlkin araşdırmalarımız nəticəsində magistral yollarımızda, hava limanlarımızda, dəmir yolu və metrolarımızda hər hansı zərər və ya mənfi hallar aşkar edilməyib”, - nazir vurğulayıb.