
BAKI, 4 aprel. TELEQRAF
ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Fransa Milli Assambleyasındakı müxalif “Milli Birlik” Partiyası fraksiyasının sədri Marin Le Peni həbsdən azad etməyə çağırıb.
Teleqraf xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkə hesabında “Le Penə azadlıq!” sözləri ilə paylaşım edib.
Bundan əvvəl Prezident Donald Tramp Le Penə verilən hökmü “cadugər ovuna bənzər siyasi təqib” adlandırıb. Maskın bu paylaşımı Trampın fikirlərinə dəstək kimi qiymətləndirilir.
Xatırladaq ki, Marin Le Pen haqqında verilən məhkəmə qərarı ilə son günlər beynəlxalq siyasi dairələrin diqqət mərkəzinə düşüb.