BAKI, 22 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə əlaqələri kəsmək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın "Şukan Gendai" nəşri məlumat yayıb.

Trampın sözlərinə görə, Tokio Vaşinqtonla müttəfiqliyindən çox faydalanır, lakin amerikalıları qorumaq üçün heç bir məsuliyyət daşımır.

Nəşrin müəllifi Yuji Fuse ölkədəki Amerika bazalarını xatırladaraq Amerika prezidentinin sözlərini təkzib edib. Bİldirilir ki, Vaşinqton bu bazalardan ABŞ-nin Asiyada, xüsusən Vyetnamla olan bütün münaqişələrində istifadə edib.

Yaponiyanın baş naziri Şigeru İşiba Yaponiya ilə ABŞ arasında bağlanmış müqaviləyə əsasən, Tokionun ABŞ-ni müdafiə etmək məcburiyyətində olmadığını açıqlayıb. Sənəddə yalnız hərbi bazalardan istifadədən bəhs edilir.