
BAKI, 22 mart. TELEQRAF
Rusiya və ABŞ nümayəndə heyətləri arasında fevralın 18-də Ər-Riyadda baş tutan danışıqlar heç bir hazırlıq olmadan baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.
O qeyd edib ki, görüş Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığından sonra baş tutub.
“Donald Trampın təklifi ilə Ər-Riyadda görüş razılaşdırılıb. Telefon danışığından üç gün sonra ora uçduq. Yəni heç bir hazırlıq yox idi", - nazir bildirib.