
BAKI, 20 mart. TELEQRAF
ABŞ ordusu Yəmənin qərbindəki Əl-Hodeydə əyalətində Yəmənin Ənsarullah (Husilər) hərəkatının mövqelərinə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilir ki, hücumlar Əl-Mina rayonunun Əl-Katib bölgəsində baş verib. Məlumata görə, dörd zərbə nəticəsində hədəflər məhv edilib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.