BAKI, 20 mart. TELEQRAF

Avropa Komissiyası (AK) 18,1 milyard avro dəyərində olan mövcud proqram çərçivəsində Ukraynaya növbəti 1 milyard avroluq makromaliyyə yardımı tranşını köçürüb.

Teleqraf xəbər verir ki, bu barədə AK açıqlama verib.

Bildirilib ki, 18,1 milyard avro məbləği Avropa İttifaqının G7 ölkələr qrupunun kredit proqramındakı payıdır və bu proqramın məqsədi Ukraynaya ümumilikdə 45 milyard avro məbləğində yardım göstərməkdir.

Bu vəsaitlər Rusiya aktivlərinin dondurulmasından əldə edilən gəlirlər hesabına ödəniləcək.