
BAKI, 20 mart. TELEQRAF
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Vyetnamı iyulda keçiriləcək BRICS sammitində iştiraka dəvət edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .
Agentliyin məlumatına görə, Braziliya gələn həftə Vyetnama səfər edəcək.
Bu il Braziliyanın sədrliyi ilə keçiriləcək sammit iyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçiriləcək.
Qeyd edək ki, Rusiya daha əvvəl Vyetnama tərəfdaş ölkə kimi BRICS-ə qoşulmağa kömək etməyə hazır olduğunu bildirib.