BAKI, 20 mart. TELEQRAF

Rusiyada xüsusi əməliyyat zonasında çalışan jurnalistlərlə bağlı "veteran statusu haqqında" qanun hazırlanır.

Teleqraf TASS-a istinadən xəbər verir ki, deputat Aleksandr Voloşin hərbi əməliyyat zonasında çalışan jurnalistlərə müharibə veteranı statusunun verilməsi haqqında qanun layihəsi hazırlayır.

Deputat bildirib ki, qanun layihəsi yaxın vaxtlarda hazır olacaq, sonra baxılması üçün hökumətə göndəriləcək.

Layihəyə əsasən, müvafiq status xüsusi əməliyyat, hərbi əməliyyatlar, silahlı münaqişələr, antiterror əməliyyatı zonalarında, habelə hərbi vəziyyətin tətbiq olunduğu ərazilərdə çalışmış jurnalistlərə veriləcək.