BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüşün vaxtı hələ müəyyən edilməyib.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Salem News" kanalına müsahibəsində deyib.

"Düşünürəm ki, o görüş əvvəl-axır baş tutacaq. Hələ ki, vaxt planlaşdırılmayıb", - o deyib.

Rubio Panama kanalı ətrafındakı vəziyyətdən də danışıb.

"Bir gün biz oyanıb gördük ki, kanalın hər yerində Çin var idi. Honq-Konqda yerləşən şirkətlər kanalın hər iki tərəfindəki bütün əsas limanlara nəzarət edirdilər. Prezident Panama kanalının çinlilər üçün forpost ola bilməyəcəyini açıqladı, çünki biz onu tikmişik və ona təsir etmək niyyətindəyik”, - Rubio qeyd edib.