BAKI, 19 mart. TELEQRAF

"Gələcək sülh danışıqlarının ilk mərhələsi şərtsiz atəşkəs barədə razılaşma olmalıdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Danışıqlar müharibəni bitirmək üçün incə bir fürsətdir. Atəşkəs Rusiyanın əlində olsa da, onlar hələ də müharibəni bitirməyə hazır olmadıqlarını göstərirlər. İlk addım hər halda qeydsiz-şərtsiz atəşkəs olmalıdır", - Zelenski bildirib.