
BAKI, 19 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu saxlanılıb.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları Ə.İmamoğlunun iqamətgahında axtarış aparır.
***
8:33
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) anti-korrupsiya əməliyyatına başlayıb.
Teleqraf xəbər verir ki, əməliyyat çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu və onun mətbuat katibi Murat Ongun haqqında həbs qərarı çıxarıldığı iddia olunur.
M.Ongun sosial şəbəkə hesabındakı paylaşımda saxlanıldığını təsdiqləyib.
Saxlanılanlar arasında Ə.İmamoğlunun seçki kampaniyalarına rəhbərlik edən Necati Özkanın da olduğu bildirilir.
Az öncə Ə.İmamoğlu məsələ ilə bağlı "X" hesabında video paylaşıb. O, evinin ətrafına yüzlərlə polisin toplaşdığını bildirib.
Ə.İmamoğlu qeyd edib ki, xalqa arxalanır və əngəllərə baxmayaraq, mübarizədən geri çəkilmək niyyəti yoxdur.