
BAKI, 16 mart. TELEQRAF
ABŞ-nin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri zamanı əsas hədəflərdən biri Ənsarulah (Husilər) hərəkatının siyasi şurasının qərargahı olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd edək ki, martın 15-i Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Daha sonra ABŞ Mərkəzi Komandanlığı Ənsar Allah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın hədəfi Husilərin strateji məntəqələrini sıradan çıxarmaqdır. Məqsəd isə Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.