BAKI, 15 mart. TELEQRAF

Ukraynadakı vəziyyətlə bağlı 25-ə yaxın qərb ölkəsinin liderlərinin iştirakı ilə virtual görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Görüşün təşkilatçısı Böyük Britaniya Baş naziri Kir Starmerdir.

İştirakçıların sayı tam açıqlanmasa da, virtual görüşə Avropa İttifaqı ölkələrinin liderləri, Avropa Komissiyasının nümayəndələri, Avstraliya, Kanada, Yeni Zelandiya və Ukrayna liderlərinin qatılacağı bildirilir.