BAKI, 15 mart. TELEQRAF

Atəşkəs danışıqlarından imtina edərsə, Rusiyaya qarşı yeni sanksiyalar irəli sürülə bilər.

Teleqraf xəbər verir ki, "Böyük yeddiliy"in Kanadada xarici işlər nazirlərinin görüşünün yekunununda verilmiş bəyanatda belə deyilir.

Sənəd ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Bəyanatda deyilir ki, Rusiya atəşkəs imzalamaqdan imtina edərsə və ya ehtimal olunan sülh razılaşmasını pozarsa, ölkəyə qarşı yeni sanksiyalar irəli sürülə bilər.