BAKI, 8 mart. TELEQRAF

"Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşür, lakin bunu məhdud şəkildə edir".

Teleqraf xəbər verir ki, bu barədə "CNN" telekanalı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ötürülən məlumatlar Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə hücum etməyə imkan verməyəcək, əksinə müdafiəni saxlamağa kömək edəcək. Kanalın həmsöhbətləri "Starlink" sisteminin hələ də aktiv olduğunu açıqlayıblar.