BAKI, 8 mart. TELEQRAF
Ukrayna hakimiyyəti rusiyalı iş adamları Mixail Fridman və Petr Avenlə əlaqəli şirkətlərin hesablarından 3,3 milyon dollardan çox pul müsadirə edib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Aktivlərin Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“ARMA sanksiyaya məruz qalmış rus oliqarxları Fridman və Avendən 137 milyon qrivna (yəni 3,3 milyon dollardan çox) pulu müsadirə edib”, - məlumatda deyilir.
Bu məbləğin Ukraynada həbs edilən rusiyalı sahibkarlar Mixail Fridman, Petr Aven və Andrey Kosoqovun aktivlərinin ümumi məbləğindən silindiyi bildirilib. Sonda bildirilib ki, müsadirə edilən vəsait Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə hərbi istiqrazların alınmasına sərf olunacaq.