BAKI, 8 mart. TELEQRAF

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, gün ərzində ABŞ Prezidenti Donald Trampın komandası ilə müxtəlif səviyyələrdə ən intensiv iş davam etdirilib.

Teleqraf xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında məlumat yayımlayıb.

“Çoxlu zənglər var - mövzu aydındır: mümkün qədər tez sülh, mümkün qədər etibarlı təhlükəsizlik. Ukrayna mümkün olan ən konstruktiv əhval-ruhiyyədədir" - Zelenski deyib.

Siyasətçi əlavə edib ki, Ukrayna mümkün qədər tez sülhə hazırdır və münaqişənin həlli üçün konkret addımlar təklif edir.