BAKI, 18 fevral. TELEQRAF

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına gələn Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun yüksək səriştəsini qeyd edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

“Səriştəli rəhbərlik belə olur”, - Mask qeyd edib.

Fevralın 18-də Rusiya və ABŞ-nin yüksək rütbəli nümayəndələri arasında bir neçə ildən sonra ilk danışıqlar baş tutacaq.