BAKI, 17 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədəki itkilərinin sayını açıqlayıb.

Teleqraf xəbər verir ki, ölkə başçısı “NBC News”-a müsahibəsində indiyə qədər 46 mindən çox hərbçilərinin həlak olduğunu bəyan edib.

Onun sözlərinə görə, müharibə zamanı xəsarət alan əsgərlərin sayı 380 mindən çoxdur.

Zelenski bildirib: “Hazırda 10 minlərlə itkin düşmüş əsgərimiz var. Ölkəmizin ərazisinin bir hissəsi işğal altında olduğundan, mülki əhali arasında itkilərin dəqiq sayını hesablamaq mümkün deyil. Rusiya tərəfindən kütləvi qırğın həyata keçirilir. Məsələn, kiçik bir şəhərdəki böyük məzarlıqdan 500 nəfərin meyitini tapmışdıq”.