
BAKI, 17 fevral. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üç mərhələdən ibarət ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.
Birinci mərhələdə Stubb ilkin danışıqların aparılmasını təklif edib. Bu zaman Ukrayna güclü mövqedə olmalıdır, bunun üçün Kiyevə kömək etmək və onu silahlandırmaq lazımdır. Finlandiya prezidentinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilə bilər.
İkinci mərhələdə atəşkəs olmalıdır. Bu, hələ sülh prosesi demək deyil. Atəşkəs rejiminə beynəlxalq müşahidəçilər nəzarət edəcək. Stubb hesab edir ki, bu mərhələdə əsirlərin mübadiləsi də baş verə bilər.
Üçüncü mərhələdə sülh danışıqları aparılacaq, ərazi məsələləri müzakirə olunacaq, eyni zamanda Ukraynanın təhlükəsizliyi təmin ediləcək. Finlandiya prezidenti əlavə edib ki, danışıqların yekun mərhələsində Kiyevin NATO və Avropa İttifaqına üzvlüyü məsələsi müzakirəyə çıxarılmayacaq. Bu qərarları ukraynalılar özləri verməlidir.