BAKI, 16 fevral. TELEQRAF

Estoniyanın xarici işlər naziri Marqus Saxkna bildirib ki, Avropa Ukrayna ilə bağlı danışıqlarda Rusiya Prezidenti Vladimir Putini “küncə sıxışdırmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Onun sözlərinə görə, Avropa liderləri Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarla bağlı qətiyyətli davranmalıdırlar.