
BAKI, 16 fevral. TELEQRAF
Amerikalı yazıçı Eşli-Kler "Tesla" şirkətinin qurucusu İlon Maskdan övladını tanımasını tələb edib.
Teleqraf xəbər verir ki, Kler sosial şəbəkələrdəki şəxsi bloqunda bu mövzuda müraciət dərc edib.
Yazıçının sözlərinə görə, o, beş ay əvvəl sahibkardan övlad dünyaya gətirib. Lakin əvvəlcə bunu ictimaiyyətə açıqlamayıb.
Klerin vəkili bildirib ki, bu müddət ərzində onlar Maskla danışıq aparıblar. Uşağın tərbiyəsi ilə bağlı müqavilə hazırlanıb.
Görünür, tərəflər konsensusa gələ bilməyiblər. Buna görə də, Sent-Kler indi Maskdan övladını qanunla tanımasını tələb edir. Əgər körpənin həqiqətən də sahibkarın oğlu olduğu sübuta yetirilsə, bu, iş adamının 13-cü övladı sayılacaq.
"Biz əsassız fərziyyələrə son qoymaq üçün İlonun Eşli ilə valideynlik rolunu açıq şəkildə etiraf etməsini səbirsizliklə gözləyirik və Eşli inanır ki, İlonun övladlarının rifahı və təhlükəsizliyinin ən yaxşı mənafeyinə uyğun olaraq müqaviləni tez bir zamanda yekunlaşdırmaq niyyətindədir",- deyə Brayan Qlikliç yazıb.
Xatırladaq ki, İlon Maskın özü bu yaxınlarda uşaqla bağlı bir xəbərə reaksiya versə də, vəziyyətə aydınlıq gətirməyib.