BAKI, 16 fevral. TELEQRAF

Hindistanın Koyilandi şəhərində keçirilən festivalda fişənglərin partlaması fillərin narahatlığına səbəb olub.

Teleqraf xəbər verir ki, təlaşa düşən heyvanlar ziyarətgahın yaxınlığındakı binaya doğru qaçıblar.

NDTV kanalının yaydığı məlumata görə, polis fillərin daxil olduğu binanın divarının bir hissəsinin uçduğunu və nəticədə iki qadının və bir kişinin həyatını itirdiyini bildirib.

Daha sonra izdiham yaranıb və nəticədə 20-yə yaxın adam yaralanıb.