BAKI, 16 fevral. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-in məlumatına görə, danışıqlar Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı iki ölkə arasında qarşılıqlı hörmət əsasında konstruktiv dialoqun bərpası üçün birgə səylər barədə razılıq əldə olunub.

“Lavrov və Rubio qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqu bərpa etmək üçün birgə işləməyə hazır olduqlarını təsdiqləyiblər”, - Rusiya XİN-dən bildirilib.

Fevralın 12-də iki ölkə liderləri Donald Tramp və Vladimir Putin arasında da telefon danışıqları olub.