BAKI, 15 fevral. TELEQRAF

ABŞ və Rusiya prezidentlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünə hazırlıq işlərini Amerika tərəfindən milli təhlükəsizlik üzrə müşavir Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff həyata keçirəcəklər. Artıq hazırlıq işlərinə başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüşün məqsədi Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün yollar axtarmaqdır. İki ölkə liderinin bu ayın sonunda Səudiyyə Ərəbistanında görüşəcəkləri bildirilir.