BAKI, 15 fevral. TELEQRAF

Yeddilik Qrupu (G7) ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiqi Moskvanın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlara hazırlığından asılı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə G7-yə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin bəyanatında qeyd olunur.

Sənəddə bildirilir: “Fevraldan sonra hər hansı yeni, əlavə sanksiyalar qərarı Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara həmişəlik son qoymaq istəyindən asılı olaraq qəbul ediləcək”.