BAKI, 15 fevral. TELEQRAF

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Səlman Özboyacı BMT-də keçirilən toplantıda ölkəsinin adının yanlış tələffüz edilməsinə müdaxilə edib.

Teleqraf xəbər verir ki, millət vəkili çıxış edən BMT rəsmisindən bu yanlışlığı düzəltməsini istəyib.

Özboyacının iradı belə olub: “Artıq “Turkey” deyil, "Türkiye"dir”.

Bundan sonra beynəlxalq təşkilatın əməkdaşı “Türkiye” ifadəsini işlədib.

Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun Səlman Özboyacıya təşəkkürünü bildirib.