BAKI, 15 fevral. TELEQRAF

Rusiyanın Volqoqrad vilayətində Ukrayna ordusunun kütləvi PUA hücumundan sonra sənaye zonasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov məlumat verib.

"PUA-lar Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Yanğın onlardan birinin qalıqlarının düşməsi nəticəsində başlayıb. Hazırda xəsarət alan yoxdur”, – o qeyd edib.