
BAKI, 15 fevral. TELEQRAF
Kiyev meri Vitali Kliçko Münhen Təhlükəsizlik Konfransında keçirilən müzakirələrdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt meri öz Telegram kanalında məlumat verib .
Kliçko bildirib: “Münhen Təhlükəsizlik Konfransında əsas mövzulardan biri Ukraynada müharibənin dayandırılmasının mümkünlüyü olub. Vurğuladım ki, Ukraynanın maraqları nəzərə alınmayan istənilən razılaşma variant deyil. Ukraynaya elə təhlükəsizlik zəmanətləri lazımdır ki, Putin Avropa İttifaqının ərazisinə soxulmağı ağlına belə gətirməsin”.
O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Ukraynanın təhlükəsizliyinin yeganə real təminatı olacaq: “Bu gün çox kritik məqamdır. Ukrayna danışıqlara güclü mövqelər və real təminatlarla girməlidir. Ukraynanın, yumşaq desək, NATO-ya qəbulu ilə bağlı perspektivlər son vaxtlar yaxşılaşmayıb. Əminəm ki, ölkəmin təhlükəsizliyinin yeganə real təminatı NATO-ya üzv olmasıdır”.