
BAKI, 14 fevral. TELEQRAF
Rusiyaya qarşı sanksiyaların heç bir mənası yoxdur və ləğv edilməlidir.
Teleqraf xəbər verir ki, bunu Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki "TASS"a müsahibəsində deyib.
“Yaponiya açıq şəkildə bildirməlidir ki, iqtisadi və şəxsi sanksiyalar mənasızdır və ləğv edilməlidir. Onların tətbiqi ABŞ-nin əvvəlki Co Bayden administrasiyası tərəfindən böyük səhv idi", - o bildirib.
Onun sözlərinə görə, Bayden vəd etmişdi ki, sanksiyalardan sonra Rusiya iki ay ərzində Ukraynada hərbi əməliyyatları dayandıracaq, lakin o vaxtdan təxminən üç il keçib.