
BAKI, 11 fevral. TELEQRAF
Rusiyanın xalq artisti, komediya ustası Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunova tamaşanın repertuardan çıxarılmasına emosional reaksiya verib.
Teleqraf xəbər verir ki, o, "İnstagram" hesabında məlumat verib.
Bruxunova Satira Teatrında "Jorj əmi" tamaşasının bağlanmasına qəzəblənib.
O, göz yaşları içində video paylaşaraq durumu belə şərh edib: "Göz yaşlarımı saxlamaq mümkün olmadı, bütün tamaşaçılar, bütün aktrisalar ağlayırdı. Buna inanmaq olmur. Ürəyimi parça-parça etdilər. Mən tamaşaçı kimi bu hala düşmüşəmsə, gör indi aktyorlar nələr çəkir".
Bruxunova həmçinin ümid etdiyini bildirib ki, tamaşanı bağlamaq qərarına gələn “qeyri-insani məxluq” buna görə mütləq cavab verəcək: “Həqiqətən ümid edirəm ki, bilmirəm necə olacaq, amma həqiqətən ümid edirəm. Çünki bu... sadəcə olaraq, mədəni teatr tamaşaçısına qarşı cinayətdir”.