BAKI, 10 fevral. TELEQRAF

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin 9 mayda Moskvada Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün dəvəti qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib.

"Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Vladimiroviç Putini sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət edib", - səfir qeyd edib.

Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Çin Yaponiya üzərində qələbənin 80 illiyi və İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı tədbirlər keçirəcək.