
BAKI, 10 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya rəsmi səfər edib.
Teleqraf xəbər verir ki, Asiya turu çərçivəsində Türkiyə Prezidenti daha sonra İndoneziya və Pakistana rəsmi səfər edəcək.
Hər üç ölkəyə səfəri zamanı ikitərəfli münasibətləri daha da gücləndirəcək müqavilələr imzalanacaq.
Prezident Ərdoğan səfərlər zamanı aktual regional və qlobal məsələlər ətrafında fikir mübadilələri aparacaq.
Türkiyə Prezidentinin Asiya ölkələrinə səfəri fevralın 13-dək davam edəcək.