BAKI. 10 fevral. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinə səfərinin mümkünlüyünü istisna etməyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Fələstin televiziyasına müsahibəsində bildirib.

Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Fələstinə səfər etmək istəyir: "Məqbul şərait yaradılarsa, Fələstinə səfər tamamilə mümkündür".