BAKI. 10 fevral. TELEQRAF

ABŞ administrasiyasının Qəzza zolağı ilə bağlı təklifləri diqqətəlayiq deyil.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistan səfərindən öncə Atatürk Hava Limanında jurnalistlərə bildirib.

Türkiyə liderinin sözlərinə görə, Vaşinqtonun “sionist lobbisi”nin təzyiqi ilə səsləndirdiyi bəyanatlarında diqqət və müzakirəyə layiq heç nə yoxdur.

Ərdoğan vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatı əvvəllər verdiyi vədlərə əməl edir və atəşkəs razılaşmasının şərtlərini yerinə yetirir.

"Təəssüf ki, İsrail rəhbərliyinin atəşkəsi qalıcı etməkdənsə, daha məkrli və qeyri-insani planlarının olduğunu görürük. Qəzza 15 ay ağır mühasirədə qaldı. Qəzza 471 gün İsrailin hər cür zülm, vəhşilik və hücumlarına dözdü. Torpaqlarını tərk etməyən Qəzza xalqı oranı qorumağa davam edəcək. Əgər bölgədə sülh, əmin-amanlıq və inkişaf arzu edilirsə, bunun yolu odun üstünə benzin tökmək yox, fələstinlilərin hüquqlarını tanımaqdır", - Ərdoğan bildirib.